Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2015

İsti hava qurbanları artdı - 850 nəfər

Artıq Pakistanda ölü, günvuranları yerləşdirmək üçün xəstəxana və morqlarda yer yoxdur.
İsti hava Pakistanda can almağa davam edir. Hər keçən gün ölü sayı artır.

Ən son məlumata görə, artıq 850 nəfər həyatını itirib. Səhiyyə işçilərinin məlumatına görə, ancaq Karaçidə günvurma diaqnozu ilə 500 nəfər xəstəxanaya yerləşdirilib. İstilər ümumilikdə isə 3 min nəfərə ziyan vurub.

İsti havanın Ramazan ayına təsadüf etməsi və insanların çoxunun oruclu olması da itkilərin sayına təsir edib.

Pakistanın şimalındakı Sind vilayətində isə son 3 gündə havanın hərarəti 47 dərəcəyə kimi yüksəlib. Hökumət bu günü qeyri-iş günü elan edib.

İstidən ölənlərin çoxu dar gəlirli və çörək pulu qazanmaq üçün gün altında işləməyə məcbur olan insanlardır. Karaçidə elektrik enerjisinin verilməsində də problem olduğu üçün su mühərrikləri işə salına və əhalini su ilə təmin edə bilmir.

Artıq ölü, günvuranları yerləşdirmək üçün xəstəxanalarda və morqlarda yer də çatışmır./ans/
639 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06