Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2015

Kürdlər İŞİD-in Suriyadakı “paytaxtı” istiqamətində irəliləməkdədirlər

Kürdlərin Xalq Müdafiə Bölmələri (YPG) Suriyanın Rəqqa əyalətinin şimalındakı Ayn İsa (İsa bulağı) rayonuna daxil olub.

Suriya İnsan Hüquqlarını Müşahidə Mərkəzinin verdiyi xəbərə görə, hazırda Ayn İsada İŞİD-in cəmi 50 döyüşçüsü var.

Kürdlərə müttəfiqlərin qırıcılarının havadan dəstək verdiyi bildirilir.

Xalq Müdafiə Bölmələri 10 gün əvvəl Suriya-Türkiyə sərhədində İŞİD-in nəzarətində olan Təll Əbyad şəhərini tutduqdan sonra Terror təşkilatının Suriyadakı əsas sığınacağı olan, terrorçuların paytaxt elan etdikləri Rəqqa şəhəri istiqamətində sürətlə irəliləməyə başlayıb.

İŞİD-in buna cavab olaraq, kürd sakinləri şəhərdən çıxarmaq niyyətində olduğu deyilir./SalamNews/
548 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi