Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2015

İŞİD-in komandirlər daxil olmaqla, 47 üzvü məhv edilib

İraq Hərbi-Hava Qüvvələri "İslam Dövləti" (İŞİD) terror təşkilatının ölkənin Ənbar əyalətinin qərbində yerləşən Əkkaşat bölgəsindəki mövqelərinə dörd sarsıdıcı zərbə endirib.

İraq Müdafiə Nazirliyinin rəsmi saytının verdiyi xəbərə görə, hava zərbələri nəticəsində səkkiz minalanmış avtomaşın partladılıb ki, nəticədə 47 terrorçu məhv olub.

Öldürülən terrorçular arasında İŞİD-in bu bölgə üzrə nümayəndəsi, bir sıra komandirləri və partlayıcılar üzrə mütəxəssislərinin olduğu bildirilir.

Hazırda Ənbar əyalətinin Fəlluca və Rəmadi, Səlahəddin əyalətinin Beyci qəzaları hərbi əməliyyatlara şahidlik edir.

Yeri gəlmişkən, İraq hökuməti Ənbardan olan 7000 könüllünü silahlandırmağa başladığını bəyan edib./SalamNews/
560 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:18