Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2015

Milli Şura iclas keçirdi

Dünən Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti iclası keçirilib.

Bu barədə Milli Şuranın Hüquq Komissiyasının sədri Vidadi Mirkamal məlumat verib.

O, bildirib ki, iclasda ictimai-siyasi vəziyyət müzakirə olunub: “Bundan başqa seçkilərlə bağlı dəyirmi masanın keçirilməsinə qərar verilib”.

Aksiya və mitinqlərin keçirilməsinə gəlincə, V.Mirkamal qeyd edib ki, Birinci Avropa Oyunlarından sonra bununla bağlı konkret qərar veriləcək: “Bir neçə müzakirənin aparılması nəzərdə tutulub. Qərar sonda qəbul olunacaq”.

Komissiya sədri onu da vurğulayıb ki, bu ay Milli Şuranın növbəti sessiyasının çağırılması da gözlənilir./aznyus/
527 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP