Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2015

MERS virusundan ölənlərin sayı 29-a çatıb

Cənubi Koreyada MERS virusundan ölənlərin sayı 29-a çatıb.

Bu barədə məlumatı Cənubi Koreya Səhiyyə Nazirliyinin nümayəndəsi verib.

Virusa yoluxanların sayı 180 nəfərə çatıb. Bununla yanaşı, 74 nəfər artıq tam sağalıb və xəstəxanadan evə buraxılıb. Hazırda tibbi müəssisələrdə virusa yoluxmuş 77 nəfər var, onlardan 62-sinin vəziyyəti stabildir.

Qeyd edək ki, MERS virusu ilkin mərhələdə xüsusi əlamətlər daşımır. Virus adi soyuqdəymə kimi başlayır, daha sonra ağciyərlərə təsir edir.
539 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP