Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2015

İtkin düşmüş Azərbaycan hərbçilərinin meyiti tapıldı

İyunun 23-də itkin düşmüş hərbçilərin meyiti tapılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində, dağ-meşə şəraitində yolu azan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun axtarışları Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

İyunun 25-də hərbi qulluqçuların meyitləri qarşı tərəfdə minalanmış sahədə aşkar edilib.

Görülən tədbirlər nəticəsində cəsədlər ərazidən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib./ans/
702 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:05