Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2015

Üç NİDA üzvü bəyanat yaydı

“Ekspertiza xərclərini bizdən almaq istəyirlər, ödəməyəcəyik...”

Nida Vətəndaş Hərəkatının keçmiş vicdan məhbusu olan üzvləri Üzeyir Məmmədli, Zaur Qurbanlı və Şahin Novruzlu icra məmurlarının təzyiqləri ilə bağlı aşağıdakı məzmunda bəyanat verib. Bəyanatda bildirilir: “2013-cü ildə baş vermiş ”Əsgər ölümlərinə son" aksiyalarının artan tempinin qarşısını almaq üçün hakimiyyət tərəfindən uydurulan cinayət işi çərçivəsində 8 nəfər, o cümlədən biz - Zaur Qurbanlı, Üzeyir Məmmədli və Şahin Novruzlu həbs olunduq. Cinayət işi çərçivəsində 3 nəfərin evinə Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşları tərəfindən “molotov kokteylləri” və narkotik maddə atılmış, bu böhtanlar “sübut” kimi rəsmiləşdirilmiş və sonda bizə 6-8 il azadlıqdan məhrumetmə cəzası verilmişdir. Hazırda bu cinayət işi üzrə 4 nəfər həbsdə, 4 nəfər, o cümlədən biz azadlıqdayıq. Buna baxmayaraq, məhkəmə qərarlarını icra orqanları hələ də bizdən əl çəkmirlər.

MTN əməkdaşları tərəfindən evlərə qoyulan butulkaların və narkotik maddələrin ekspertizası xərclərini bizdən almaq istəyirlər. Bu ekspertizalar saxta, qondarma olmaqla yanaşı, həm də lüzumsuz olub. Çünki ekspertiza predmetləri ittiham tərəfindən - dövlət orqanları tərəfindən evlərə qoyulmuşdur və onlar evlərə qoyduqlarının tərkibini çox yaxşı bilirlər".

Keçmiş vicdan məhbusları bəyanatlarında həmçinin bildiriblər ki, onlara verilən hökm siyasi sifarişli və saxta olduğuna görə ondan irəli gələn hər hansı tələbi icra etməyəcəklər: “Əks təqdirdə, bu, həmin hökmlə hələ də layiq olmadıqları cəzanı çəkən 4 yoldaşımıza, eləcə də hüquqa sayğısızlıq olar. Biz hüquqazidd olan bu hökmdən kassasiya şikayəti vermişik və bu iş Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) gedəcək. Biz AİHM-də işi udacağımıza və hüquqlarımızın, yoldaşlarımızın azadlığının bərpa olunacağına inanırıq. Azərbaycan qanunvericiliyinə əsasən, hökm qanuni qüvvəyə minsə də, hüquqazidd və siyasi sifarişli olduğuna görə bu hökmdən irəli gələn xərcləri ödəmirik.

Bununla əlaqədar icra məmurları tərəfindən son günlər çoxalan təzyiqlərə görə bəyan edirik ki, biz bunu siyasi təzyiq hesab edirik və hakimiyyətin bu yolla bizi sıxışdırmasına etiraz edirik". /musavat.com/
601 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı