Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2015

Paris qarışdı: Taksi sürücüləri etiraz edir

Parisdə taksi sürücülərinin keçirdiyi aksiya zamanı polislə qarşıdurma baş verib.

Bu barədə İnterfaks agentliyi məlumat yayıb. Fransanın baş naziri Manuel Vals qarşıdurmalarda günahı olanların cəzalandırılacağını bəyan edib. O, taksi sürücülərinin Uber taksi xidmətinə qarşı keçirdiyi aksiyada baş verənlərin yolverilməz olduğunu deyib. "Günahkar məhkəmə qarşısına cavab verməli olacaqlar", - deyə o qeyd edib.

Dünən Paris taksiçiləri Uber xidmətinə qarşı etiraz olaraq Orli və Şarl de Qoll hava limanlarına gedən yolları bağlayıblar. Taksi sürücüləri hökumətdən bu servisin bağlanmasını tələb edirlər. Onların fikrincə, həmin xidmətin sürücüləri qeyri-peşəkardırlar və onların lisenziyası yoxdur. Parisdə taksi sürmək üçün verilən lisenziyanın dəyəri 100 min avrodan artıqdır. Uber taksiləri üçün belə tələb yoxdur ki, bu da Fransa qanunvericiliyinin pozulması deməkdir.
494 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42