Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2015

Abbas Abbasovun qardaşı həbs olundu - 10 milyon borc

Baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasov həbs edilib. Bu barədə Gəncədəki Abbasovlara yaxın mənbənin "Təzadlar”a verdiyi məlumata istinadən xəbər yayıb.

Xatırladaq ki, Nadir Abbasov Gəncənin keçmiş polis rəisi olub, istefada olan polkovnikdir. Onun bir müddət əvvəl Gəncədə keçmiş Yeyinti Ticarəti İdarəsinin bazasında soyuducular tikmək üçün kredit götürdüyü bildirilir. İddiaya görə, bir neçə gün əvvəl onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıblar. Ondan krediti dərhal qaytarması tələb olunub və hələ də bu idarədə saxlanılır.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından hər hansı məlumat almaq mümkün olmayıb. Gəncədəki mənbələr isə "Yeni Müsavat”a xəbəri təsdiqləyib. "Abbasovlar qonşularla təmaslardan qaçırlar, hər hansı açıqlama vermirlər. Lakin eşitdiyimizə görə, Nadir Abbasovun banka 10 milyon dollar borcu olduğundan həbs edilib və hələ də nəzarətdədir” deyə, adının çəkilməsini istəməyən mənbə bildirib.

Əlavə edək ki, mətbuatda bir neçə gün əvvəl Abbas Abbasovun digər qardaşı Həmid Abbasovun həyat yoldaşının Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən bağça müdiri vəzifəsindən azad olunduğu barədə də xəbər verilib. Məlumata görə, onun qızı da işdən çıxarılıb.

"Yeni Müsavat” bu məsələləri Gəncə rəhbərliyi ilə dəqiqləşdirə bilməyib. A.Abbasovun deputat oğlu Aydın Abbasov isə xəbəri nə təsdiq, nə də təkzib edib. Bildirib ki, Strasburqdan yenicə qayıdıb, odur ki, yazılanlardan xəbərsizdir. A.Abbasov məsələləri araşdırandan sonra ətraflı açıqlama verəcəyini desə də, sonrakı cəhdlərimizdə telefon zənglərinə cavab verməyib.
531 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı