Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2013

Obamanın əmisini ABŞ-dan deportasiya etmək istədilər

Onyanqo Obama deportasiya təhlükəsi ilə sərxoş maşın sürərəkən yaxalandıqdan sonra qarşılaşıb

DünyaTweet ABŞ prezidenti Barak Obamanın əmisi 69 yaşlı Onyanqo Obamanı Amerikadan deportasiya etmək istəyiblər. Ans-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, o deportasiyadan canını qurtara bilib. Belə ki, məhkəmə onun ABŞ-da qala biləcəyi haqqında qərar çıxarıb.

Dövlət başçısının əmisi Keniya vətəndaşıdır və 1960-ci illərdən ABŞ-da yaşayır. 1992-ci ildə məhkəmə onun deportasiyası haqqında qərar qəbul etsədə, o ölkədə qala bilib. Lakin 2011-ci ildə sərxoş halda avtomobil idarə etdiyi üçün saxlanılandan sonra yenidən bu məsələ gündəmə gəlib.

Miqrasiya məhkəməsinin hakimi 1972-ci ilə kimi ABŞ-da yaşamağa başlayanların vətəndaşlıq ala biləcəyi haqqında qanun olduğunu bildirib. Bundan əlavə onun 50 ildən çox ABŞ-da işləyib yaşadığı,vergi ödədiyi və ilk dəfə polis tərəfindən saxlandığı da nəzərə alınıb.
1718 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP