Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2015

Blatterin açıqlamsı hamını çaş-baş qoyub

FİFA prezidenti Jozef Blatter vəzifədən gedərkən istefa vermədiyini deyib. O, FİFA-nın muzeyinin açılışında jurnalistlərin suallarını cavablandırıb. "Mən istefa verməmişəm. Sadəcə mandatımı müzakirə etməyi FİFA-nın növbədən kənar konqresinin öhdəsinə buraxmışam", - deyə Blatter jurnalistlərdən birinin təqaüdə çıxması haqqında sualını cavablandırıb.

İsveçrənin "Blick" jurnalı Blatterin bu açıqlamalarını "dünyanın ən güclü idman məmurunun" rüşvət qalmaqalından sonra ilk ictimai çıxışı adlandırıb. Açılış zamanı 79 yaşlı Blatter çox şən görünürdü. Sanki bütün olanlar pis bir yuxu idi. O, heç nə olmamış kimi insanlarla şəkil çəkdirir, imza paylayırdı.

Jurnalistlərin diqqətini çəkən bir məqam da Jozef Blatterin muzey açılışında anlaşılmaz sözləri olub. O, gülümsəyərək "yalnız keçmişi xatırlayanlar indi baş verənləri dərk edə və gələcəyi təyin edə bilərlər", - deyib. Daha sonra isə fikrini izah etməyə çalışaraq əlavə edib ki, başqa sözlə desək, top yumrudur və bizim idmanın həqiqi ölçüsünü yalnız kosmosun dərinliklərindən baxmaqla qiymətləndirmək olar. Britaniyanın "Independent" saytı isə Jozef Blatterin seçkilərdə yenidən iştirak edəcəyini ehtimal edib.

Qeyd edək ki, FİFA-nın növbədən kənar iclası iyulun 20-də İsveçrənin Sürix şəhərində keçiriləcək. Həmin iclasda FİFA-nın yeni prezidentinin seçilməsi tarixi müəyyənləşdiriləcək. Seçkilərə qədər isə Blatter FİFA-ya başçılıq etməyə davam edəcək.
622 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber