Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyun 2015

AŞPA-nın vitse-prezidenti: "Əliyev və Sarkisyan Kremlin kuklasıdır"

"Hər iki ölkənin lideri bu gün tamamilə Kremldən asılıdır, geniş mənada götürsək, kukladır"

"Nə qədər ki, Azərbaycan idarəçiliyi demokratik dəyərlərə doğru dəyişməyəcək, həmişə Rusiyanın təsirində qalacaq, Rusiya onunla üçüncü dərəcəli dövlət kimi saymazyana davranacaq"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti, AŞPA-da Ukrayna nümayəndə heyətinin başçısı Vladimir Ariev Azadlıq Radiosunun “Настоящее время” televiziya layihəsinə müsahibə verib. Ariev müsahibəsində Azərbaycan barədə də danışıb. Müsahibəni təqdim edirik.

- Son günlər Azərbaycan mətbuatı hazırkı Ukrayna hakimiyyəti haqqında tənqidi yazılar dərc edir. Poroşenkonun Avropa Oyunlarının açılış mərasiminə gəlməməsi isə hətta təhqir kimi qəbul olunur. Üstəlik, Ukraynada baş verən son hadisələr Rusiyanın mövqeyinin xeyrinə təqdim edilir. Bunlar sizi narahat edirmi? Azərbaycan və Ukrayna uzun müddət çox yaxın müttəfiq olublar, bəs indi münasibətlərdə nə baş verir?

- Təəssüf ki, Azərbaycan da Ermənistan kimi Rusiya siyasətinin qurbanıdır. Çoxdandır ki, Rusiya Dağlıq Qarabağ münaqişəsindən sui-istifadə edərək bu iki ölkəni üz-üzə qoyur.

Azərbaycanın neft-qaz gəlirlərindən əldə etdiyi vəsaitlər hesabına Dağlıq Qarabağı geri qaytarmasın deyə, Rusiya Ermənistanda öz qoşununu saxlayır.

Odur ki, hər iki ölkənin liderləri bu gün tamamilə Kremldən asılıdır. Geniş mənada götürsək, kukladırlar - kuklaların sahibi öz maraqları naminə iki xalqı vuruşdurur. Uzun illərdir ki, Qafqazda baş verənləri məhz bu cür izah etmək olar. Qafqaz çətin region olduğundan, burada gərgin vəziyyəti qoruyub saxlamaq, hər kəsi üz-üzə qoyaraq vəziyyətə nəzarət etmək Putinə sərf edir.

Odur ki, İlham Əliyevin davranışlarına xüsusi olaraq təəccüblənmirəm. O, milli lider kimi yox, vassalın süzereni (iri feodal - red) kimi davranır.

İndiki situasiyada deyə biləcəyim bir şey var: Azərbaycanda insan haqları ilə bağlı baş verənlər, jurnalistlərin təqibi, insanları sosial şəbəkərlərdə hansısa postu bəyəndiyinə görə işdən çıxarmaq dəhşətli haldır. Üstəlik, Yerevanda nümayişin dağıdılması. Bütün bunlar rusların başqa dövlətlərin torpaqlarında törətdikləridir.

Ona görə də nə qədər ki, Azərbaycan özünün müstəqil, ciddi, cəsarətli siyasətini formalaşdıra bilməyəcək, idarəçiliyi demokratik dəyərlərə doğru dəyişməyəcək, həmişə Rusiyanın təsirində qalacaq, Rusiya onunla üçüncü dərəcəli dövlət kimi saymazyana davranacaq. Halbuki Azərbaycanın regionda ən varlı dövlət olmaq şansı var.
573 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:02