Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyun 2015

İqtisadi böhrandan çıxış üçün referendum elan edildi

Yunanıstan baş naziri Aleksis Tsipras ölkə iqtisadiyyatına yardım proqramı üzrə ümummilli referendumun keçiriləcəyini elan edib.

"Agence France-Press" xəbər verir ki, baş nazir referendum günü üçün 5 iyul tarixi seçildiyini də bildirib.

“Hansısa məcburiyyət olmadan nə etmək lazım olduğunu xalq seçməlidir”- deyə Tsipras millətə videomüraciəti zamanı deyib. Baş nazir həmçinin referendum keçirilənədək yardım proqramının davam etməsi üçün AB-dən xahiş edəcəyini də deyib.

Qeyd edək ki, bundan əvvə baş nazir Yunanıstanın Avropa Birliyində qalacağını bildirmişdi.

Müxalifət fəalları referendum qərarına kəskin etirazlarını bildiriblər. Müxalifətdə olan Pasok partiyasının rəsmiləri isə ölkədə vaxtından əvvəl parlament seçkisi keçirilməsini tələb edib./ans/
483 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 1