Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyun 2015

Terrorçular ağır itkilərlə bölgələrdən çıxarılır

Suriyanın bütün cəbhələrində vəziyyət: Terrorçular ağır itkilərlə bölgələrdən çıxarılır

Suriya ordusu son günlərdə keçirdiyi əməliyyatlar nəticəsində müdafiə vəziyyətindən hücum mövqeyinə keçib.

PressTV-nin verdiyi xəbərə görə, İŞİD-in mərkəzi yerlərindən biri olan və təşkilatın Suriyanın şimalındakı Hələb şəhərinin ətrafındakı yaraqlıları 24 saatdan az bir müddət ərzində bölgəni tərk etməyə məcbur olub.

Hələbin şimal rayonlarına qarşı keçirilən əməliyyatın əsas hədəfi müdafiə mövqeyində olan Suriya ordusunu hücum mövqeyinə gətirmək və Əl-Zəhra kəndinin mühasirəsini qısa bir vaxt ərzində dağıtmaqdır.

Hələbin şimal qərbində yerləşən və neçə ildir ki, İŞİD-in mühasirəsində qalan Nubbul və Əl-Zəhra kəndlərinin mühasirəsini dağıtmaq üçün ən vacib rayon sayılan Başkui bu əməliyyat nəticəsində işğaldan azad olunub.

Hasəkə şəhər mərkəzinə İŞİD, Dəra məntəqəsinə isə Nusra Cəbhəsinin rəhbərliyi altındakı qruplaşmaların təcavüzü davam etməsinə baxmayaraq, Suriya ordusu qruplaşların hücumlarının qarşısını alıblar.
Hasəkə şəhər mərkəzinə qərbdən hücum edən İŞİD yaraqlıları, burada Nəşvə və Liliyə məhəllələrini ələ keçirmişdi.

Hasəkə stadionu ətrafında intensivləşən döyüşlərə, Milli Müdafiə Qüvvələri və Çöl Şahinləri Briqadası da Suriya ordusunun yanında fəal döyüşüblər.

Əlavə qüvvələrin gəlməsi ilə ordu və təhlükəsizlik qüvvələri İŞİD-i Liliyə məhəlləsindən çıxarmağı bacarıb. Dünən gecə saatlarında Nəşvənin də mühüm bir hissəsi İŞİD-in işğalından azad olunub.

İŞİD yaraqlıları Əl-Əhdat Gənclik Mərkəzinə də hücum edib. 5 saat davam edən döyüşlərdən sonra, ordu İŞİD-i bu bölgədən də çəkilməyə məcbur edib.

Son Hasəkə hücumunun İŞİD-in indiyənə qədər şəhərə etdiyi hücumlarla müqayisədə daha güclü olduğu bildirilir.

Dərada isə, "Cənub Cəbhəsi" adlandırılan və 54 terror qruplaşmasının formalaşdırdığı cəbhə, Əl-Qaidənin Suriyadakı qolu Nusra Cəbhəsi ilə əlaqəli şəkildə şəhər mərkəzinə və Qazaləyə güclü hücum həyata keçirib.

Dəra məntəqəsinə qərbdən hücum edən qruplaşmalar, Dəra Milli Xəstəxanasını ələ keçirməyi bacarıblar. Ancaq qruplaşmaların xəstəxana müharibəsində onlarca döyüşçü itirdiyi bildirilir.

Xəstəxana itkisinə baxmayaraq, Suriya ordusu Əl-Bələd və Əl-Mənaşir yaxınlığında, qruplaşmaların hücumlarının qarşısını almağı bacarıb.

Şəhərin şimal şərqində isə qruplaşmalar Dəra-Şam yolunu kəsməyə çalışıblar. Ordu Karfa-Nəmir cəbhə xəttinə təşkil olunan hücumun da qarşısını almağı bacarıb.
Suriya ordusu və Hizbullahın Qaləmunda Nusra Cəbhəsinə qarşı döyüşləri davam edir.

Dünən səhər, Cərud Caracir və Cərud Qara arasındakı təpələrinə qarşı əməliyyat keçirən Hizbullah, 22 Nusra yaraqlısını öldürüb.

Digər tərəfdən, Hizbullah, Arsalda İŞİD-ə aid bir silah anbarını da partladıb. Hadisədə 18 İŞİD yaraqlısı öldürülüb./deyerler/
1411 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 08:15