Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyun 2015

İranda ramazan ayına görə bir sıra məhkumlar 15 günlük azadlığa buraxılırlar

İranın Məhəmə Hakimiyyəti ölkə həbsxanalarında məhkumluq keçirən 3 növ məhbus qrupunu ramazanın Qədr gecələrinə və Fitr bayramına görə 15 gün azadlığa buraxılması barədə qərar qəbul edib.

İnterAz-ın "Fars" agentliyinə istinadla verdiyi xəbərə görə, göstəriş İranın Məhkəmə Hakimiyyətinin sədri ayətullah Amoli Laricani tərəfindən verilib.

İran Məhkəmə Hakimiyyətinin sədri ölkə məhkəmələrinə və ədliyyə orqanlarına ünvanladığı təlimatnamədə Qədr gecələri və Fitr bayramı günlərində məhkumların öz ailələrinin yanında olmasını mənəvi-tərbiyəvi baxımdan müsbət təsirə malik olduğunu bildirib.

Məhkumların 15 günlük müvəqqəti azadlıq müddətinin daha 15 gün də uzadılmasının mümkünlüyü qeyd edilib.

Ramazana görə müvəqqəti azadlığdan bəhrələnənlər arasında ömürlük həbsə məhkum edilmişlər də var.
460 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:39
08 dekabrda gözlənilən