Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2013

Qarabağ müharibəsi iştirakçısı veteran vəsiqəsi ala bilmir (Video)

1992-ci ildə 3 uşaq atası olsa da müharibəyə könüllü gedən Ələsgər Fətullayev Füzulidə, Horadizdə vuruşub
Qarabağ müharibəsi iştirakçısı olan Lənkəran rayonunun Səpnəkəran kənd sakini Ələsgər Fətullayev vəsiqə ala bilmir. Ə.Fətullayev 1992-ci ildə 3 uşaq atası olsa da müharibəyə könüllü gedib. Füzulidə, Horadizdə vuruşub.1994-cü ildə dövlət başçısının müvafiq qərarı ilə digər könüllülər kimi o da ordudan təxris olunub.

Ələsgər Fətullayevin bu haqqına 20 il ərzində nə səbəbə çata bilmədiyini araşdırmaq məqsədilə səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Lənkəran rayon şöbəsində olduq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Ələsgər Fətullayevə veteran vəsiqəsi vermək səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Lənkəran rayon şöbəsinin yox, Müdafiə Nazirliyinin səlahiyyətindədir. Ona görə də 19 sentyabr 2013-cü il tarixdə Müdafiə Nazirliyi nəzdindəki müvafiq komissiyaya təqdim edilməsi üçün ona arayış verilib. Sənəddə Ələsgər Fətullayevin həqiqətən 1992-ci ildə Lənkəran rayon Hərbi Komissarlığı tərəfindən hərbi toplanışlara çağrıldığı və hərbi hissəyə göndərildiyi öz əksini tapıb. 

Deməli, Ələsgər Fətullayev qanuni haqqını bərpa etmək üçün yenidən Müdafiə Nazirliyinə müraciət etməli olacaq. Əmin olmaq istəyərdik ki, bu dəfə 20 il gözləməli olmayacaq./ans/


1795 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber