Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyun 2015

İŞİD-in binasını partlatdılar (VİDEO)

Peşmərgə qüvvələri Türkiyə sərhədindəki Suriyanın Kobani şəhərindəki İŞİD terrorçularına məxsus binasını partladıb.

İŞİD-ə qarşı döyüşən qüvvələr binanı bombardımanla məhv ediblər. Kobaninin mərkəzində baş verən partlayış ilk öncə İŞİD-in hücumu olaraq zənn edilib. Türkiyə sərhədinə bir kilometr məsafədə baş verən partlayış bölgədə şok effekti yaradıb. 

Peşmərgə qüvvələri bölgədəki vətəndaşları azad etdikdən sonra ərazisini nəzarətə götürüblər. Partlayışdan sonra çıxan tüstülər Türkiyə tərəfindən də müşahidə olunub. 

İddialara görə, partlayış Miştenur Xəstəxanası olaraq da bilinən köhnə bir məktəb binasında baş verib. Binada çox sayda İŞİD-çinin gizləndiyi, partlayışdan sonra 15-dən çox terrorçunun öldüyü deyilir. /ans/


654 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...