Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyun 2015

28 iyunda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
İyunun 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında
İyunun 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.
592 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:14<