Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyun 2015

Avropa Yunanıstandan əlini üzdü

Avrozona ölkələrinin maliyyə nazirləri iyunun 30-dan sonra Yunanıstanın dəstəklənməsi proqramını uzatmamağı qərara alıb. “Gazeta.ru”nun verdiyi xəbərə görə, bu barədə “Frans Press” məlumat yayıb.

Qeyd edək ki, Avrozona ölkələrinin maliyyə nazirləri Şurası (Avropa Qrupu) Yunanıstan və onun kreditorları arasında razılaşmaya növbəti dəfə nail olmaq məqsədi ilə nail ötən gün Brüsseldə növbədənkənar toplantı keçirib.

Vəziyyətin gərginləşməsinə səbəb Avropa Qrupunun iclasına bir neçə saat qalmış Yunanıstanın baş naziri iyulun 5-də ölkədə referendumun keçirilməsinə qərar verib. Referendumda ölkənin kreditorlar ilə gələcək münasibətlərinə aydınlıq gətiriləcək. Seçicilər onların şərtlərinin qəbul olunub-olunmamasına münasibət bildirəcəklər./apa/
488 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10