Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2013

İslandiyada polis ilk dəfə adam öldürdü

İslandiya tarixində polis ilk dəfə atəş açaraq adam öldürüb.

Cinayət sayının ən az olduğu ölkələrdən biri, 323 min əhalisi olan İslandiyada polis bir ilkə “imza atıb” və təşkil edilən əməliyyatda ilk dəfə bir adamı öldürüb.

Polis, paytaxt Reykyavikdəki evindən ov tüfəngiylə hara gəldi atəş açan 59 yaşlı adamı tutmaq üçün əməliyyat keçirib.

Binanı boşaltdıqdan sonra polis silahlı adamla ünsiyyətə girməyə çalışıb, daha sonra pəncərələrdən göz yaşardıcı qaz atsa da, məqsədinə nail ola bilməyib.

Xüsusi qrupun binaya girməsindən sonra silahlı adam atəş açmağa başlayıb. Bir polis kaskasından, digəri gülləkeçirməz jiletindən vurulub. Polisin atəş açması nəticəsində yaralanan silahlı adam aparıldığı xəstəxanada ölüb.

Təhlükəsizlik üzrə rəis Haraldur Cohanesen mətbuat konfransı keçirərək, bu bənzərsiz hadisədən polisin üzüldüyünü bildirib və ölən adamın ailəsinə başsağlığı verib.

Öldürülən adamın atəş açan vaxt içkili, ya da narkotikin təsiri altında olub-olmadığını təyin etməkçün istintaq başladılıb.

İslandiyada bir çox adam ov tüfəngi saxlasa da, cinayət hadisələri barmaqla sayılacaq qədərdir. Ölkədə çalışan 600 polisdən çox azı silah daşıyır.
1616 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber