Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyun 2015

Kürdlər İŞİD-i Kobanidən çıxarıb

İŞİD terrorçu qruplaşması Türkiyə ilə sərhəddə yerləşən Kobani şəhərindən çıxarılıb. Bu haqda kürd hərbçiləri və fəallar bildirib. İŞİD terror qruplaşması şəhəri cümə axşamı ələ keçirmişdi. Məlumatlara görə silahlılar qadın və uşaqların qırğınını həyata keçirib. Böyük Britaniyada yerləşən Suriyada İnsan Haqlarının Müşahidəsi təşkilatı bildirir ki, 206 cəsəd tapılıb, əksəriyyəti güllə ilə vurulub.

Kürd qüvvələri Kobanidə İŞİD mühasirəsini ancaq yanvar ayında qıra bilmişdi. Bu arada Suriyanın Hassake şəhərində döyüşlərin davam etdiyi bildirilir. İŞİD bu şəhərə də cümə axşamı hücum edib. Suriya prezidenti Bəşər əl-Əsədə sadiq qoşunlar və onların müttəfiqləri silahlılarla mübarizə aparır. Suriyada dörd ildir ki davam edən hərbi münaqişə nəticəsində 200000-dən çox insan həyatını itirib və digər 11 milyon insan - əhalinin təxminən yarısı – evlərindən didərgin düşüb.
495 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:11