Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyun 2015

Saakaşvili: “Ukraynada hüquq-mühafizə əməkdaşlarının hamısı qovulmalıdır”

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukrayna hüquq-mühafizə orqanlarının hamısının əməkdaşlarını qovmağı təklif edir. Gürcüstanın keçmiş prezidenti bu məqsədlə yaxın günlərdə Ali Radaya müvafiq qanun layihəsi təqdim etmək niyyətindədir: “Hüquq-mühafizə orqanlarının hamısını birmənalı şəkildə yığışdırmaq lazımdır. Bunu etmək çox sadədir və bunun üçün qanunlar dəqiq yazılmalıdır, buna görə bizə Rada xidmətin rəisinin dəstəyi lazımdır. Biz bu qanunu sabah-birisi gün təqdim edəcəyik. Gömrüyü də təmizləmək və normal adamları gətirmək lazımdır”.

Saakaşvili buna nümunə olaraq Odessa gömrüyündən xüsusi narazılığını bildirib. Onunla razılaşmadan Dövlət Gömrük Xidmətinin Odessa gömrüyünə rəhbər təyinatı qubernatorun xoşuna gəlməyib: “Bu adam orada heç bir iş görməyəcək, rüşvət axınını nizamlamaq üçün Kiyevdəki klanın növbəti üzvlərindən biridir. Belə olmaz – o və mən bir yerdə ola bilmərik. Mən bu məsələni və baş nazirin qarşısında qaldıracağam”.
512 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber