Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2013

Marşurutlar gediş haqqını 40 qəpiyə qaldırdı

Gecəboyu paytaxtın müxtəlif istiqamətlərindəki yanacaqdoldurma məntəqələrinin qarşısında eyni mənzərə müşahidə olunurdu. Heç kim benzinköhnə qiymətə satmaq istəmirdi.

Amma çox keçmədi ki, məntəqələr yanacağısürücülərə yeni tariflərlə təklif etməyə başladılar. Gecə yanacaqdoldurma məntəqələrinin lövhələrində artan, benzinin qiyməti yazılmasa da gün ərzində problem həllini tapdı. Bütün məntəqələrdə benzinin satış qiyməti yeni tariflərə uyğunlaşdırıldı.

Gözlənilmədən qalxan benzinin qiyməti bu gün şəhəriçi avtobuslarda qiymət artması ilə müşahidə olundu. 20 qəpik olan marşurutların bəziləri gediş haqqını 40 qəpiyə qaldırmışdı.

Nəqliyyat Nazirliyi isə avtobuslarda qiymətin süni şəkildə artırıldığını bildirərək sərnişinləri gediş haqqını əvvəlki qayda ilə ödəməyə çağırır.
1766 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat