Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyun 2015

​İraqda İŞİD terrorçularının basdırıldığı kütləvi məzarlıq aşkar edilib

İraqın Neynəva əyalətinin Mosul inzibati dairəsinin şərqində İŞİD terror qruplaşması silahlılarının basdırıldığı kütləvi məzarlıq aşkar edilib.
Report TASS-a istinadən xəbər verir ki, Kürdistan Demokratik Partiyasının nümayəndəsi Sayed Maamusini yerli sakinlər tərəfindən tapılan məzarlıqda 83 İŞİD silahlısının basdırıldığını bildirib.
O qeyd edib ki, öldürülən terrorçular hökumət qoşunları ilə döyüşlərdə ağır yaralanıblar və döyüşü davam etdirə bilməyiblər. Bu səbəbdən silahdaşları onları edam etmək qərarına gəliblər.
505 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber