Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyun 2015

Ziya Məmmədovun yol korrupsiyası davam edir

Nəqliyyat naziri milyonlara başa gələn yolu sökdürür

Azərbaycanda ən bahalı layihələrdən biri olan Bakı-Quba-Rusiya avtomobil yolunun beton üzlükləri sökülür. Bunu dünən həmin yolla hərəkətdə olmuş Modern.az saytının əməkdaşları müşahidə ediblər.
Tikintisinə 2008-ci ildən başlanılan layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib. Hələ o zaman beton yol çəkiləndə onun dünya standartlarına cavab verəcəyi və uzun müddət istismarda olacağı vurğulanırdı...
Maraqlıdır, böyük maddi vəsait xərclənərək reallaşdırılan yol hansı səbəbdən belə tez sıradan çıxıb?
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin katiblik rəisi Anar Nəcəfli Modern.az saytına açıqlamasında bildirib ki, Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə kompleks tədbirlər davam etdirilir: “Bu çərçivədə Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun Şabran rayonunun Gəndob kəndi ərazisindən Bakı şəhəri istiqamətinə doğru olan hissəsində təmir-bərpa işlərinə başlanılıb. Təmir-bərpa işlərinə magistral yolun 74-cü kilometrliyindən start verilib.
Aparılan işlər şəxsən nəqliyyat naziri Ziya Məmmədovun və “Azəryolservis” ASC-nin rəhbərliyinin nəzarəti altındadır".
Maraqlıdır ki, Anar Nəcəfli Quba-Bakı beton yolunun dağılma səbəbini iritonnajlı yük avtomobilləri ilə əlaqələndirib:
“Təmir işləri yolun normadan artıq yüklənmiş və deformasiyaya uğramış 10 km-lik hissəsində aparılır. Normadan artıq yüklənən ağır tonnaclı yük maşınlarının hərəkəti nəticəsində deformasiyaya uğrayan yolun hərəkət hissəsinin, daha doğrusu, yolun sağ hərəkət zolağı bərpa olunur. Bu üzdən həmin hissədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Işlər tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Yaranmış müvəqqəti narahatlığa görə Nəqliyyat Nazirliyi və ”Azəryolservis" ASC üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir".
Ekspert Ərşad Hüseynov saytımıza açıqlamasında böyük vəsait xərclənərək tikilən yolun belə tez sıradan çıxmasını həyata keçirilən keyfiyyətsiz işlə əlaqələndirib:
“Reallıq budur ki, həmin yol artıq dağılıb, həqiqətən də müəyyən hissələrində hərəkət etmək çox təhlükəlidir. Bu baxımdan təmir-bərpa işləri mütləqdir”.
Mütəxəssisin fikrincə, yolun tikintisinə başlamazdan öncə hər şey planlaşdırılmalıdır:
“Tikinti bu gün yox, gələcək nəzərə alınmaqla tikilməli idi. Bundan başqa, Bakı-Rusiya sərhəd yolunun strateci əhəmiyyəti düşünülməli idi. Bu, beynəlxalq əhəmiyyətli yoldur, Avropa avtomagistralları siyahısına salınıb. Ona görə də yüksək keyfiyyətlə tikilməli idi”.
Ərşad Hüseynovun sözlərinə görə, “Ağır tonnajlı avtomobillər yolu sıradan çıxarıb” iddiası bəhanədən başqa bir şey deyil: “Görünən odur ki, yol başdansovdu tikilib. Bunun üçün xüsusi araşdırmalara da ehtiyac yoxdur. Amma araşdırma aparılsa, biabırçılıq meydana çıxar.
Bunu sözlə ifadə etmək çətindir. Bir neçə il əvvəl həmin yolun tikintisinə külli miqdarda vəsait xərcləndi. Hesab edirəm ki, məsələdə cavabdeh şəxsləri, vəsaitlərin xərcləndiyi yerləri müəyyənləşdirmək, mühakimə etmək, dəmir barmaqlıqlar arasına göndərmək lazımdır ki, digərlərinə də dərs olsun".
524 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:55
Ərdəbildə Nard