Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2013

Xaricə ucuz, xalqa baha

Azərbaycan benzinin 1 tonunu öz xalqına 917 manata, xaricə 765 manata satır

Hökumət nümayəndələri bəyan edir ki, benzin bizdə qonşu ölkələrdən ucuzdur deyə, onu bahalaşdırmağa məcburdurlar. Onlar söyləyir ki, xaricilər gəlib buradan benzini daha ucuz qiymətə aparırlar. Halbuki bir xaricinin gəlib bizim ölkədən benzin alıb aparması bütün hallarda Azərbaycana daha faydalıdır.

Çünki Azərbaycan hökuməti benzini xarici ölkələrə öz xalqına satdığından daha ucuz qiymətə satır. Buyurun öz gözünüzlə görün. Aİ-92 benzinini nümunə üçün götürək...

Tarif Şurasının son qiymətlərinə görə 1 litri 0,7 manat olan Aİ-92 avtomobil benzininin 1 tonu ölkəmizdə 917 manata satılır. Bu rəqəm qurumun dünənki bahalaşma qərarından götürülüb və qərardakı cədvəlin uyğun hissəsinin fotosunu yazıya əlavə edirəm. Mənbə: http://www.tariffcouncil.gov.az/?/az/resolution/view/104/.

Amma xarici ölkələrə benzinin 1 tonu 943,41 dollara satılır. Bu da edir 765 manat. Bu, ən son rəqəmdir və ARDNŞ-in saytından götürülüb və yenə də saytdan skrin-şotu – fotonu yazıya əlavə edirəm. Mənbə: http://new.socar.az/socar/az/news-and-media/news-archives/news-archives/id/6723.

Tutaq ki, bir gürcü Azərbaycana gəlib benzin alır. Bu zaman o burada öz ölkəsinə nisbətən daha ucuz benzin almış olur, amma bu halda da biz benzini həmin gürcüyə Gürcüstana satdığımızdan daha baha satmış oluruq. Yəni Azərbaycan bundan uduzmur, əksinə udur!

Odur ki, “qonşu ölkələrdən daha ucuzdur” arqumenti yalnız bəhanədir.

Bəli, hansısa ölkədə benzin bahadır. Amma bu da faktdır ki, neft ölkələri öz xalqlarına benzini ucuz satır. Məsələn, ABŞ-da indi benzinin 1 litri 86,3 sentdir, yəni 67,6 qəpik. Bizdəkindən də ucuzdur. Üstəlik, orada əməkhaqlarının da necə yüksək olduğunu nəzərə alın. İndi ABŞ benzini bahalaşdırmalı deyil ki, o, Azərbaycanda daha bahadır, yaxud Kanadada.

Yuxarıdakı cədvəldə bir məqama da diqqət ayırın. A-92 benzininin 1 tonu ARDŞ-ə cəmi 290,44 manata başa gəlir. Biz isə onu 917 manata alırıq və burada bahalaşmaya iqtisadi səbəb axtarmaq sadəcə mümkün deyil.

Şahvələd Çobanoğlu



1703 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...