Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyun 2015

Rusiyanın qərb sanksiyalarına cavabı

Omsk reklamçıları üzərində Aİ ölkələri və ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının mətni olan tualet kağızları buraxmağa başlayıblar.

"Bizim cavab" hərəkatının təşkilatçılarından biri Kirill Kolyasin izah edib ki, bu yolla o, və onun həmkarları hökumətin xarici siyasətini dəstəklədiklərini, eləcə də qərb liderlərinə sanksiyaları yalnız hökumətin deyil, həm də ölkənin vətəndaşlarının da qəbul etmədiyini göstərmək istəyirlər.

İdeya Kirill Kolyasində keçən il ilk sanksiyalar tətbiq edildiyi zaman yaransa da onu realizə etmək mümkün olmayıb.

İyunda qərb ölkələrinin bir qrup mallara embarqonu davam etdirmələri məlum olduqda təşkilatçılar 1000 ədəd üzərində sanksiyaların mətni olduğu tualet kağızı sifariş edərək internet vasitəsilə satmağa başlayıblar. Onlar plastik qablaşdırmada satılırlar, bağlamanın üzərində Avropa dövlətlərinin və ABŞ-ın birinci dərəcəli simalarının təsviri var, qiyməti isə iki rulon üçün 990 rubldur. Kağızın üzərində ingilis dilində sanksiyaların mətni dərc edilib.

Kirill Kolyasinin sözlərinə görə, təşkilatçılar bu tualet kağızlarından ABŞ, Almaniya və İngiltərə səfirliklərinə göndəriblər./oxu/
545 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber