Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyun 2015

Avropa Oyunları hakimiyyətin “oyunu”nu pozdu

Yeganə təsəllimiz idmançıların qələbəsi və dünyanın Azərbaycanla bağlı həqiqətləri öyrənməsi oldu

Hakimiyyət Avropa Oyunlarının təbliğatına başlayanda bu tədbirin Azərbaycana mənfəət gətirəcəyini və ölkənin beynəlxalq imicinin yüksəlməsinə xidmət edəcəyini vurğulayırdı. Amma biz ilk gündən ictimaiyyətə məlumat verdik ki, maddi baxımdan bu tədbirin ölkə üçün yalnız zərəri olacaq. Sonrakı mərhələdə hakimiyyət də təsdiqlədi ki, Avropa Oyunları büdcəyə artım vəd etmir.
Çünki, ölkəmizə gələn bütün heyətlərin xərcini Azərbaycan tərəfi ödəyir. Beləliklə, Avropa Oyunları 8 milyard vəsaitin xərclənməsinə səbəb oldu. Ancaq sosial-iqtisadi durumun çətinləşdiyi, neftin qiymətdən düşdüyü bir vaxtda bu qədər israfçılıq etmək dövləti təhdid edirdi. Amma hakimiyyət israrla xərcləməyə davam etdi və öz səxavət kisəsini əcnəbilərin üzünə açdı. Bundan sonra ümid etdik ki, Avropa Oyunlarını fürsət kimi dəyərləndirib ölkənin təbliğatını aparmaq olar. Yəni hakimiyyət siyasi məhbusları azad etməklə bu qədər xərcin qarşılığında hansısa divident əldə edə bilərdi. Amma YAP hakimiyyəti bu şansı da dəyərləndirmədi və Avropaya savaş açmaq yolunu tutdu. Bir tərəfdən Avropa Oyunları keçirib, o biri tərəfdən Avropanı pis nümunə kimi təqdim etmək təbii ki, öz “nəticə”sini verməliydi. Beləliklə, Avropa Oyunları ərəfəsində bütün dünyanın diqqəti Azərbaycana yönəldi və ölkə reallıqları hamıya aydın oldu. Nüfuzlu nəşrlər, tanınmış ekspertlər, hüquq müdafiə təşkilatları Azərbaycan hakimiyyətinin anti-demokratik idarəçiliyindən danışdı. Ardınca Almaniya Bundestaqında Azərbaycanla bağlı qətnamə qəbul edildi, ABŞ-da Azərbaycanla bağlı dinləmələr keçirildi, AŞ PA-da Azərbaycanla bağlı qərar qəbul edildi, BMT Azərbaycan hakimiyyətinə vaxt qoydu, Avropa Parlamentində Azərbaycan gerçəklikləri dilə gətirildi. Yəni Azərbaycan hakimiyyətinin yarıtmaz siyasəti ölkənin imicini daha da aşağı saldı. Demək olar, Avropa liderləri tədbirin açılış mərasiminə qatılmadı. Hakimiyyət öz hikkəsinə görə bütün dövlət maraqlarını zərbə altına saldı.
Beləliklə, ötən gün Avropa Oyunlarının bağlanış mərasimi oldu. 17 günlük həyəcan başa çatdı. Ortada isə itirilmiş milyardlar və dünyadan təcrid vəziyyətinə düşmüş Azərbaycan var.
Hakimiyyət nə qədər şəxsi maraqlar baxımından addımlamağa çalışsa da mahiyyətini gizləyə bilmədi və dünya bu parıltılara aldanmadı.
Bu oyunlardan bizim təsəlli tapacağımız 2 məqam var. Birincisi, idmançılarımızın (90 idmançımız xarici ölkənin vətəndaşı olub) uğurlu çıxışı, medallar qazanması və Azərbaycanın bayrağını dalağalandırması oldu. Fürsətdən istifadə edib idmançılarımıza təşəkkürümüzü bildiririk. Onlar öz zəhmətlərinin, məşqlərinin və alın təri nəticəsini bu uğuru qazandılar. Daha dəqiq desək, hakimiyyətin uğursuz addımını öz uğurları ilə sığortaladılar. Və bu idmançıların qələbəsində hakimiyyətin payı yoxdur. Hər bir qələbə qazanmış idmançı öz bacarığının bəhrəsini daddı.
Ikinci təsəlli məqamı bu oyunlar fonunda dünyanın prinsiplərə sadiqlik nümayiş etdirməsi, insan haqları və demokratiyanı güzəştə getməməsi oldu. Yəni həmişəki kimi hakimiyyətin manevrləri əsas hədəfləri arxa sıraya keçirmədi. Bütün dünya bir daha dərk etdi ki, Azərbaycanda modern bir cəmiyyət, demokratiya potensialı var. Sadəcə ölkədə avtoritar bir zehniyyət iş başında olduğundan Azərbaycan önə çıxa bilmir. Bu mənada dünya dövlətin və millətin maraqlarından çıxış etdi və hakimiyyətə kəskin reaksiya verdi.
Əminlkilə demək olar, əsas “oyun”lar Avropa Oyunlarından sonra başlayacaq. Və uzun illər yürüdülən yalan siyasəti iflasdan qurtula bilməyəcək./azadlıq/
530 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56