Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyun 2015

Abbas Abbasovun deputat oğlu həbs edilə bilər

Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasovun həbsi barədə məlumat vermişdik. Həmin məlumatda bildirilirdi ki, Nadir Abbasov Azərbaycan Beynəlxalq Bankından külli miqdarda kredit götürdüyünə görə DIN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparılıb. Onun hazırda da həmin idarədə saxlandığı bildirilir.

Bu xəbər hələ nə rəsmi qurumlar, nə də Abbas Abbasovun yaxınları tərəfindən təkzib olunub.
Dünən əldə etdiyimiz məlumatda isə deyilir ki, Nadir Abbasovun həbsi həm də Azərbaycan hakimiyyəti ilə Abbas Abbasov arasındakı gərginliklə bağlıdır.

Qeyd edək ki, “Milyarderlər Ittifaqı” yaradıldıqdan sonra Abbas Abbasov Azərbaycan hakimiyyətinin hədəfinə gəlib. “Milyarderlər Ittifaqı”nı Kremlin məkrli layihəsi hesab edən hakimiyyət özünə yönəlik bu projedə Abbas Abbasovun da əsas rol almasını həzm edə bilmir. Abbas Abbasov dəfələrlə ölkə başçısı Ilham Əliyevə sadiq olduğunu bəyan etsə də, hakimiyyət onun səmimiliyinə inanmır və baş nazirin keçmiş birinci müavininə zərbə vurmaq səylərini davam etdirir. Bəzi məlumatlara görə artıq Abbas Abbasovun Azərbaycandakı biznesi tamamilə çökdürülüb.

Yeni məlumatda isə deyilir ki, Nadir Abbasovun həbsindən sonra Abbas Abbasovun deputat oğlu Aydın Abbasova da həbs təhlükəsi yaranıb. Iddialara görə, hakimiyyət Abbas Abbasova sarsıdıcı zərbə vurmaq üçün Aydın Abbasovun da həbsini nəzərdən keçirir.
538 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı