Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyun 2015

Obama İrana gizli məktub yolladı

ABŞ prezidenti Barak Obama İran məmurlarına nüvə problemi ilə bağlı məktub göndərib.

Bu haqda iranlı millət vəkili Mehrdad Barpaş qeyd edib.

Onun sözlərinə görə məktubu ölkə rəhbərliyinə İranın qonşusu olan dövlətin nümayəndəsi çatdırıb.

Barpaş bildirib ki, məktub İranın nüvə probleminə həsr edilib. Bloomberg Agentliyinin məlumatına əsasən məktub əslində Ali Lider Ayətullah Xameneiyə ünvanlanıb.

Bəzi məlumatlara görə isə məktubu İran hakimiyyətinə İraqın baş naziri Heydər İbadi çatdırıb./Islaminsesi/
522 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber