Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyun 2015

İŞİD-in bir il ərzində törətdiyi cinayətlər!

Nur-az.com shia-news.com-a istinadən:
Suriya müxalifət cəbhəsinə mənsub “İnsan hüquqları keşiyində” komitəsinin verdiyi məlumata görə, İŞİD xilafət mərkəzini təyin etdiyi vaxtdan indiyədək 3000 Suriya vətəndaşını edam edib. Mərkəzi Londonda yerləşən bu komitə bildirib ki, 2014-cü il 29 iyundan indiyədək İŞİD tərəfindən edam edilənlərin sayı 3027 nəfərə çatır. Onların 1787 nəfərini hərbiçi olmayan adi xalq üzvləri təşkil edir ki, aralarında 74-nün uşaq olduğu qeydə alınıb. Amma bu amansızlığa məruz qalanların yarısı isə “Şiitat” tayfasına mənsubdur. Deyilənlərə görə, onların 930-u keçən il Deyr əl-Zurda İŞİD-in əleyhinə qiyam zamanı qətliam edilib.
Qeyd edilməlidir ki, bu cinayətlər həmin şəhərin az müddət sürən işğalı ərzində baş vermiş və sonralar kürd batalyonları tərəfindən azad edilmişdir. Adı çəkilən mərkəz Eyn əl-Ərəb şəhərində də, 233 nəfərin edam edildiyini qeydə alıb.
629 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber