Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyun 2015

Amerika İrana qalib gəlməyə qadir deyil!

Nur-az.com mashregnews.ir-a istinadən:
“Global Flight” mərkəzinin verdiyi məlumata görə, Amerikanın hazırkı hərbi potensialı Rusiya, Çin və İran kimi ölkələrlə müqabilə üçün effektiv deyil və daha çox Suriya, İraq və Əfqanıstan kimi ölkələrlə müharibəyə münasibdir. Bu məsələ Amerikanın son illər qısa məsafələr üçün nəzərdə tutulan hərbi təchizata həddən artıq kapital qoyuluşundan irəli gəlir. Odur ki, hal-hazırda bu ölkənin uzaq məsafə üçün nəzərdə tutulan və radardan yayına bilən müasir hərbi texnikası məhduddur və buna görə də, onun adı çəkilən ölkələrə qələbə imkanı görünmür. Statistik məlumatlara əsasən, Amerika 2001-dən ta 2014-ə qədərki illər ərzində yaxın məsafə üçün nəzərdə tutulan (təxminən 80 km) 304750-yə yaxın hərbi texnikanın təchiz və təmininə kapital qoyub ki, bu bütün alınan silahların 96 %-ni təşkil edir. Lakin həmin müddət zamanı uzaq məsafə üçün nəzərdə tutulan alınmış hərbi təchizatın sayı 7109-a çatır ki, onların da radiusu təxminən 643 km-i əhatə edir. Ekspertlərin fikrincə, qısa radiuslu silahlar yalnız hərbi təyyarələrin müəyyən hədəfə yaxınlaşdığı surətdə effektivdir, əks təqdirdə isə lazımi təsirini itirir.
652 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...