Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2015

Saakaşvili şəhər merini rüşvətə görə işdən qovdu

Odessa vilayətinin Tatarbunar şəhər meri Viktor Şvets öz vəzifəsindən uzaqlaşdırılıb.

Ukrayna KİV-lərinin verdiyi xəbərə görə, belə bir qərarı Odessanın Primorsk Rayon Məhkəməsi qəbul edib. Bildirilir ki, merin bülletendə olması üzündən məhkəmə iclası iki dəfə təxirə salınıb.

Viktor Şvets rüşvət alarkən saxlanılmışdı. O, torpaq sahəsinin icarəyə verilməsi haqda qərara görə 16 min qriven aldığı zaman yaxalanıb. Bundan sonra 35 min qriven girov müqabilində azadlığa buraxılıb.

Qeyd edək ki, Odessa vilayətinin meri Mixail Saakaşvili korrupsiyaya qarşı mübarizəni özünün əsas vəzifələrindən biri elan edib. O, Odessa Vilayət Prokurorluğunda özbaşınalığa, rüşvətxorluğa müharibə elan edib.

“Mən sizə xalqı talamağa və alçaltmağa imkan verməyəcəyəm” - deyə Saakaşvili prokurorlarla görüşdə xəbərdarlıq eləmişdi./musavat/
537 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 08:09