Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2015

«Azəriqaz» Binə sakinlərindən pul istəyir

«Sovxoz» kimi tanınan ərazidəki evlərə təbii qazın verilməsi üçün vətəndaşlardan təkcə pul yox, həm də materialların alınmasını da tələb edirlər

Xəzər rayonunun Binə qəsəbəsində yaşayan sakinlər evlərinə təbii qaz xəttinin çəkilməsi üçün müraciət etmədikləri dövlət qurumu qalmayıb. Qəsəbənin «Sovxoz» deyilən ərazisində özünə ev tikimiş 24 sakin isə uzun illərdən təbii qazın nə olduğunu bilmir və bu səbəbdən də elektrik enerjisinin imkanlarınan istifadə etmək məcburiyyətində qalıb.

Lakin qışda elektrik enerjisi sərfinə görə, ən azı 100 manat ödəməli olan binəlilər, bundan sonrakı mərhələdə evlərində təbii qazın yanmasını istəyirlər. Çünki qışda elektrik enerjisi ilə evləri qızdırmaq mümkün deyil.

Məsələ ilə bağlı sakinlər Xəzər rayonu Qaz İstismar Sahəsinin rəis əvəzi Namiq Tarverdiyevə və «Azəriqaz»ın rəhbərliyinə müraciət ediblər. 24 nəfərin imzası ilə təsdiq olunmuş məktubda «Biz, Binə qəsəbəsi, «Sovxoz» sahəsində yaşayan bir qrup əhali, yaşadığımız əraziyə qaz xəttinin çəkilməsi işinə baxılmasını xahiş edirik» sözləri qeyd olunub.

Maraqlı məqam odur ki, Namiq Tarverdiyevin cavabı əhalini şoka salıb. Belə ki, sahə rəisinin əvəzi qaz xəttinin çəkilməsi üçün Binə sakinlərindən külli miqdarda pul istəyib. Və bundan əlavə, çəkiliş zamanı istifadə olunacaq materialların da vətəndaşlar tərəfindən alınacağı barədə xəbərdar edib. Məlumat verən qəsəbə sakinləri qeyd edirlər ki, onların belə imkanları yaxdur və bu səbəbdən də «Azəriqaz» rəhbərliyindən yardım istəyirlər. Prosesin isə ilin sonuna kimi yekunlaşmasını tələb edirlər.

Xatırladaq ki, əhalinin təbii qazla təmin edilməsi məqsədi ilə bütün xətlər «Azəriqaz» tərəfindən çəkilməlidir. Bu zaman əhalidən pul istənilməsi qanunsuzdur. Ona görə ki, çəkiliş xərcləri bütünlüklə dövlət qurumunun üzərindədir. Və bunun ardından «Azəriqaz»ın əməkdaşlarının əhalidən pul istəməsi qətiyyən başadüşülən deyil./jam.az/
611 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı