Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2015

Manatın devalivasiyasıyla bağlı daha bir şok xəbər

10-15 gün içində milli pulumuz daha 20 faiz dəyərdən düşəcək, "Manat vəhşi kapitalizmin yetim uşağına çevrilib və heç bir müdafiə mexanizmi qalmayıb"

Azərbaycanda keçirilən Avropa Oyunlarından sonra manatın yenidən devalivasiyaya uğrayacağı xəbərləri hələ mart ayından gündəmdə idi. Lakin hökumət dairələri israrla milli valyutanın 34 faizlik dəyərsizləşdikdən sonra yenidən eyni aqibəti yaşayacağını israrla inkar edirdi. Elə bu gün də hökumət həmin qənaətdədir.

Buna rəğmən, Milli Bank illik proqnozunda dolayı yolla vurğulamışdı ki, əgər dünya bazarında neftin qiyməti 50 dollardan aşağı düşərsə, manatın aqibətinə yenidən baxmaq məcburiyyətində qalacaqlar.

Dünəndən etibarən isə manatın devalivasiyası məsələsi yenidən gündəmə gəlib. Bu dəfə mənbə heç də qeyri-ciddi olmayan şəxsdən gəlib və məlumatın qaynağı isə Milli Bank göstərilir.

Hazırda Fransada mühacirət həyatı yaşayan, «Azadlıq» qəzetinin baş redaktoru, habelə «Azərbaycan Saatı» verilişinin rəhbəri Qənimət Zahid özünün Facebook səhfəsində xəbər yayıb ki, yaxın 10-15 gün içində manat yenidən dəyərdən düşəcək. «Milli Bankdakı mənbənin «Azərbaycan Saatı»na verdiyi özəl xəbərdə bildirilir ki, yaxın 10-15 gün ərzində manatın daha 20 faizə qədər təkrar devalvasiyası gözlənilir. Səbəbi və proqnozları iqtisadçılar versin. Mənə deyilən budur ki, "manat vəhşi kapitalizmin yetim uşağına çevrilib bə heç bir müdafiə mexanizmi qalmayıb".

Məlumata inansaq, o zaman belə anlaşar ki, iki həftədən sonra manat dollar qarşısında orta hesabla 50 faizdən artıq qiymətdən düşəcək. Və 1 dollar təqribən 1,36-1,40 manat təşkil edəcək.

Qeyd edək ki, fevralın 21-də manat dəyərdən düşməmişdən əvvəl də bu tip proqnozlar və məlumatlar mətbuatda geniş yer almışdı. İlkin olaraq əksəriyyət bu deyilənlərə inanmasa da, sonradan Milli Bankın atdığı addım insanları şoka salmışdı. Avropa Oyunlarından sonra isə analoji hadisənin təkrarlanacağı gözləniləndir. Lakin hökumətin indiki həssas məqamda yenidən milli valyuta ilə bağlı kəskin qərar verəcəyi olduqca təhlükəli görünür. Çünki bu dəfə atılacaq istənilən addım əhalinin maddi güzərarını pisləşdirməklə yanaşı, həm də etirazların start götürməsinə zəmin yaradacaq. Xüsusən də qarşıdan gələn parlament seçkiləri ərəfəsində belə sosial gərginliklərin yaşanması hakimiyyətə qəti sərf etmir./jam.az/
597 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:39