Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2015

PKK-dan Türkiyəyə inanılmaz təhdid

İŞİD-in Türkiyə sərhəddinə yaxınlaşması, bu ölkədə ciddi narahatçılığa səbəb olub. Hətta bu gün Türkiyə hakimiyyətinin qoşunların Suriyaya girməsi haqda qərar verməsi də gözlənilir. Bu müzakirələrin başlanmasına isə PKK-dan sərt reaksiya verilib. Belə ki, PKK-nın əsas simalarından olan Murat Qarayılan, Suriyaya müdaxilə edəcəyi halda Türkiyəni döyüş meydanına çevirəcəklərini bildirib:

"MTS konfransında və ya başqa orqanlarda Rojavadaki kantonlara müdaxilə qərarı verilərsə, belə uğursuz bir üsuldan istifadə edərlərsə, bu müdaxilə, Rojavaya deyil, bütün kürd xalqına qarşı edilmiş bir müdaxilə olacaq. Kobaniyə müdaxilə etmiş və ya Amedinə müdaxilə etmiş. Heç bir fərqi yoxdur. Açıqca deyirəm, əgər onlar Rojavaya müdaxilə etsələr, biz də onlara müdaxilə edəcəyik. O zaman bütün Türkiyə bir döyüş meydanına çevriləcək".
544 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber