Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2015

Yəməndə inqilabçılar Səudiyyə Ərəbistanına raket atıblar

Husi inqilabçıları Səudiyyə Ərəbistanının Riyad əyalətindəki hərbi bazası istiqamətində “Scud” ballistik raketini buraxıblar.

Bundan başqa, Yəmənin Husi inqilabçıları tərəfindən ələ keçirilən paytaxtı Sanada xəstəxana önündə partlayış baş verib, 30 nəfər xəsarət alıb.

SalamNews-un BBC-yə istinadla verdiyi xəbərə görə, partlayışla bağlı məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

Səudiyyə Ərəbistanı başda olmaqla, beynəlxalq koalisiya mart ayından etibarən Yəmən ərazisinə aviazərbələr endirir.

Bundan əvvəl BMT baş katibi Pan Gi Mun Səudiyyə Ərəbistanının aviasiya qüvvələrinin bazar günü Ədən limanına zərbə endirməsini araşdırmağa çağırıb.

Qeyd edək ki, həmin hücum zamanı BMT-nin şəhər bürosu zərər çəkib.
727 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP