Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2015

Pakistanda qruplaşmaların toqquşması zamanı ən azı 20 nəfər ölüb

Pakistanın Bəlucistan əyalətində iki separatçı qruplaşma arasında baş verən silahlı toqquşma nəticəsində ən azı 20 nəfər ölüb, bir neçə nəfərin yaralandığı bildirilir.

SalamNews-un RİA ”Novosti”yə istinadla verdiyi xəbərə görə, toqquşma Dera-Buqti və Kohlu rayonlarının sərhədində baş verib. Hər iki qruplaşma nümayəndələri bir-birinə qarşı ağır silahdan istifadə ediblər.

Yerli hökumət nümayəndələri ölənlərin dəqiq sayını hələlik təsdiqləməyib.

Hazırda sözügedən ərazidə vəziyyət gərgin olaraq qalır. Yerli sakinlər evlərində qalmağa məcburdurlar.
527 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı
14.01.17, 11:52
Mübarizə yolumuz
13.01.17, 09:42