Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2015

Assancdan Türkiyə ilə bağlı şok iddia: Əsədi devirmək üçün gizli anlaşma olub!

«WikiLeaks»ın qurucusu Culian Assanc «Rusiya-1» telekanalına verdiyi müsahibədə Türkiyə ilə bağlı şok iddia səsləndirib. Assanc bildirib ki, Türkiyə Bəşər Əsəd rejimini devirmək üçün 2012-ci ildə Səudiyyə Ərəbistanı və Qətərlə anlaşıb: «Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi ilə ayrı-ayrı ölkələrin dövlət qurumları arasındakı 70 min yazışmanı oxuyanda məlum oldu ki, Türkiyə Suriyada Əsəd rejimini devirmək üçün 2012-ci ildə Səudiyyə Ərəbistanı və Qətərlə gizli şəkildə anlaşıb. İlk vaxtlar üç ölkə arasındakı bu anlaşmaya ABŞ, Britaniya və Fransa da uzaqdan dəstək verib».

Qeyd edək ki, Türkiyənin Suriyaya hərbi müdaxiləsinin gündəmdə olduğu bir vaxtda Assancın bu açıqlamaları bir çox ekspertlərin adları anlaşmada çəkilən dövlətlərin İŞİD məsələsində ortaq hərəkət etdiyi iddialarını da yenidən gündəmə daşıyacaq./strateq/
614 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber