Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2015

Yunanıstan rəsmən elan etdi - Pul yoxdur

Yunanıstan Beynəlxalq Valyuta Fonduna (BVF) olan 1,6 milyard avro borcu bu gün ödəməyəcək.

Bunu Yunanıstanın maliyyə naziri Yanis Varufakis deyib.

Ümumiyyətlə, Yunanıstan hakimiyyəti ölkənin avrozonadan çıxmasını bloklamaq və bank sisteminin boğulmasının qarşısını almaq üçün Avropa İttifaqını Avropa məhkəməsinə verəcəyi ilə hədələyib.

Maliyyə naziri bildirib ki, yunan hökuməti bütün öz qanuni hüquqlarından istifadə edəcək. "Biz Avropa məhkəməsinə müraciət etmək imkanı haqqında məsləhətləşmələr aparırıq. Çünki, Avropa İttifaqının müqavilələri avrozonadan çıxmanı nəzərdə tutmur. Biz bundan imtina edirik. Bizim Avropa İttifaqına üzvlüyümüz ticarətin predmeti deyil".

Ekspertlərin fikrincə, Yunanıstandan belə davakar bəyanatlar avro zonasından mümkün çıxış haqqında böyük dövlətlərdən edilən xəbərdarlıqların fonunda hazırlanır. Seçicilər yeni hökumətin iqtisadiyyat planına iyulun 6-da referendumda rədd cavabı verərsə, vəziyyət ürəkaçan olmayacaq.

Fransa prezidenti Fransua Ollandın dediyi kimi, indi yunanların qarşısında belə bir sual durur: "Yunanlar avrozonada qalmaq istəyirlərmi və yaxud Avropa İttifaqından getmək riskini üzərlərinə götürəcəklərmi? Bax, indi bu məsələ ətrafında düşünməyə dəyər./ans/
675 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP