Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2015

Kılıçdaroğlundan hökumətə: “Bədəli ağır olacaq”

Kamal Kılıçdaroğlu hökumətə Suriya məsələsi ilə bağlı xəbərdarlıq edib.

CHP lideri hökumətə səslənərək koalisiyadan öncə Suriyaya girməyin bədəlinin çox ağır olacağını bildirib.

O, hökumətin Suriya siyasətini sərt tənqid edərək bu fikirləri səsləndirib:

“Bu siyasətin ta əvvəldən səhv olduğunu israrla dilə gətirən yeganə lider mənəm. Yanlışlıqları örtmək üçün məni və partiyamı günahlandırmağı çıxış yolu bildilər. Bu gün Türkiyə onların yürütdüyü siyasət üzündən Yaxın Şərqin ağır hesabını ödəyir. Cilvəgözü, Reyhanlı və Niğ hücumları bu bədəllərin terror bölümləridir. Ölkələrini tərk etmək məcburiyyətində qalan suriyalıların da Türkiyədə ödədikləri ağır hesablar var. Məsələ ilə bağlı ilk növbədə baş nazir danışmalıdır. Əgər bu gün bir ölkədə öncə prezident, sonra baş nazir danışırsa, deməli, idarəçilikdə problem var”./axar/
587 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 17:48
Artıq xərçəngd