Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2015

01 iyulda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
İyulun 01-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 22-25, gündüz 28-33 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında
İyulun 01-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
İyulun 01-02-də Abşeron yarımadasında mövsümə uyğun temperatur rejimi və xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün müsbət amil olsa da, iyulun 01-də gündüz gözlənilən güclü külək bəzi insanlarda narahatlıq hissi yarada bilər.
623 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP