Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2015

Amerika Kubokunun ikinci finalçısı da məlum oldu

Futbol üzrə Argentina millisi 2007-ci ildən sonra ilk dəfə olaraq Çilidə keçirilən Amerika Kubokunun finalına vəsiqə qazanıb.
Komanda yarımfinal oyununda Paraqvayı 6:1 hesabı ilə darmadağın edib.
Qaliblərin heyətində Markos Roxo (15-ci dəqiqə), həmçinin Xavyer Pastore (27), Anxel di Mariya (47, 55), Serxio Aquero (80) və Qonsalo İquain (83) fərqlənib. Paraqvayın təsəlli qolunu Lukas Barriosa (43) vurub.
Matçın ən yaxşısı görüşdə üç məhsuldar ötürmə verən argentinalı hücumçu Lionel Messi hesab edilib.
Argentina finalda Perunu 2:1 hesabı ilə məğlub edən Çili yığması ilə qarşılaşacaq. Final və üçüncü yer uğrunda görüş iyulun 4-də keçiriləcək.
745 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:39