Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2015

Özünü hündürmərtəbəli binadan atmaq istədi - Bakıda

Gecə saatlarında Bakının Xətai rayonunda 1 nəfər intihar məqsədilə tikilməkdə olan onbeşmərtəbəli binanın damına çıxıb.
Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, bu barədə qurumun “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən vətəndaşla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb. İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 01:14-də başa çatıb.
772 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:26