Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2015

Adını biz qoyduq "Talana son", dadını ermənilər çıxarır...

İrəvanın mərkəzində keçirilən etiraz aksiyasının iştirakçıları yeni vətəndaş hərəkatının yaradılmasını bəyan ediblər.

“İnterfaks” agentliyinin verdiyi məlumata görə, bu barədə hərəkatın fəalı David Sanasaryan bildirib.

“Hələ ki hərəkatın adı yoxdur. Əsas məzmun və mahiyyətdir. Hazırda ən əsas məsələ - vətəndaş hərəkatının düzgün qurulmasıdır”, deyə D.Sanasaryan bildirib.

Onun sözlərinə görə, artıq yeni yaradılmış hərəkatın müvafiq komitələri də mövcuddur. D.Sanasaryan “Talana yox” aksiyasının təşkilatçılarına minnətdarlığını bildirib: “Onlar gələcək mübarizənin bünövrəsini qoydular”.

D.Sanasaryan əlavə edib ki, yeni hərəkat digər tələblər də irəli sürə bilər.

Xatırladaq ki, İrəvanda və Ermənistanın digər şəhərlərində elektrik enerjisinin bahalaşması əleyhinə kütləvi etiraz aksiyaları keçirilir./apa/
628 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi