Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2015

İş adamı özünü yandıracağını deyir

Dönməz Məmmədov: “Məndən qanunsuzluqla aldıqları marşrutu Heydər Əsədovun bacanağının qardaşına tapşırıblar”

İş adamı Dönməz Məmmədov Tiflisdəki səfirliyimiz qarşısında özünü yandıracaq. Bu haqda “Yeni Müsavat”ın əməkdaşına məlumat verən iş adamı deyib ki, Nəqliyyat Nazirliyinin səlahiyyətliləri ona başqa çıxış yolu qoymayıblar:
“İllərdir ki, çalışdığımız, ailəmizi dolandırdığımız, xeyli insanın evinə çörək apardığı iş yerimizi əlimizdən aldılar. Məndən qanunsuzluqla aldıqları marşrutu kənd təsərrüfatı naziri Heydər Əsədova veriblər. Marşrutu Heydər Əsədovun bacanağının qardaşı Kamil Sadayoğluna tapşırıblar. Nəqliyyat Nazirliyinin təsisçisi olduğum ”Amal-D" MMC-yə verdiyi və 2017-ci ilə qədər qüvvədə olan lisenziya havada qalıb. Başqa çıxış yolu görmürəm. Hazırda aclığı davam etdirirəm. Biri gün səfirliyin qarşısına gedib özümü yandıracağam. Bəlkə bundan sonra işə baxan oldu".
D.Məmmədov deyib ki, nəqliyyat naziri Ziya Məmmədovun qudası olan kənd təsərrüfatı naziri Heydər Əsədova teleqram vurub: “Teleqramla Heydər Əsədova bildirdim ki, marşrutu qanunsuz olaraq ona veriblər. Onu bu qanunsuzluqdan əl çəkməyə çağırdım. Heç bir reaksiya vermədi. Səfirliyin qarşısında özümü yandırmağa imkan verməsələr, Azadlıq meydanında özümü yandıracağam. Mən haqqımı onlara halal etmirəm”.
Qeyd edək ki, D.Məmmədov “Yeni Müsavat”ın əməkdaşına deyib ki, sahibi olduğu “Amal-D” MMC şirkətinə məxsus “Daewoo” markalı 17 avtobus bu ilin mayında xətdən çıxarılıb və Bakı Şəhər Nəqliyyat Departamentinin cərimə meydançasına aparılıb. Həmin vaxt Azərbaycanda şikayətlərinə baxan olmayıb. Buna görə də Gürcüstana gedib və orada aclığa başlayıb. Bundan sonra Azərbaycana dəvət olunaraq BŞND-yə çağırıblar. Departamentdə deyilib ki, iyunun 20-nə qədər 509 saylı marşrut üzrə Nəqliyyat Nazirliyinin verdiyi lisenziyaya uyğun olaraq fəaliyyətinə şərait yaradılacaq. Lakin bu günə qədər BŞND həmin marşrut üzrə avtobusların hərəkətinin bərpa olunmasına imkan vermir. Bu səbəbdən də iş adamı kreditlə aldığı “Daewoo” markalı avtobusların kredit borclarını ödəyə bilmir.
668 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25