Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2015

Mövsüm Səmədovla görüşə süni əngəl yaradılır

Dünən, iyunun 29-da ciddi rejimli Qobustan qapalı həbsxanasında məhbus həyatı yaşayan AİP sədri Mövsüm Səmədov ailə üzvləri ilə görüşüb.

Doğmalarının hacı ilə ilə görüşü çox çətinliklə baş tutub. Onlar saatlarla səbəbsiz yerə gözləməyə məcbur edilib, evdən onun üçün gətirilən ərzaq bağlamasının qəbul edilməsi də saatlala vaxt aparıb.

Qeyd edək ki, iyunun 25-də Mövsüm Səmədovun qanunsuz olaraq həbsxanadakı təcridxanada saxlanması müddəti başa çatıb.

Mətbuatda bunu müxtəlif səbəblərlə izah ediblər. “Kars”a salınma səbəbinə isə AİP sədri özü aydınlıq gətirib. Ailə üzvlərinin dediyinə görə, hacı kamera yoldaşına edilən haqsızlığa və dözülməz münasibətə etiraz etdiyi üçün sərt şəkildə cəzalandırılaraq 15 günlük “kars”a salınıb.

Mövsüm Səmədovun səhhətinin və mənəvi durumunun qaydasında olduğu virğulanıb. AİP sədri müqəddəs Ramazan ayının gəlişi münasibətilə bütün Azərbaycan xalqını təbrik edib: “Mübarək ay xalqımıza sağlamlıq, bərəkət, azadlıq və xoş güzəran gətirsin. Bu xeyirli günlərdə dualarınız qəbul olsun. Dualarınızı əskik etməyin”./İslaminsesi.org/
668 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:39