Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2015

Konfederasiya bayrağı olmaz, İŞİD bayrağı olar

ABŞ-da pərakəndə satış mərkəzi "Volmart"ın (Walmart) Luiziana əyalətindəki bir şöbəsində üzərində İŞİD bayrağı olan tort satılması ölkədə qalmaqala səbəb olub.

BBS-nin məlumatına görə, qalmaqal bir müştərinin Yutub şəbəkəsindən bir video paylaşmasından sonra yaranıb.

Çak Netzamer adlı müştəri əvvəl "Volmart"a ABŞ vətəndaş müharibəsi zamanı cənub əyalətlərinin istifadə etdiyi Konfederasiya bayrağı ilə dekorasiya edilmiş tort sifariş edib. İstəyi rədd edilən müştəri bu dəfə İŞİD bayrağı dekorasiyalı tort sifariş verib. İkinci sifarişi qəbul edən "Volmart" Netzamerə İŞİD bayraqlı tortu göndərəndə də qalmaqal yaranıb. Yutuba bir video yükləyən Netzamer aldığı tortu göstərərək belə açıqlama verib:

"Volmart"dan İŞİD bayraqlı tort almaq mümkündür, amma Konfederasiya bayraqlı oyuncaqları belə satmırlar".

"Volmart" rəhbərliyi sifarişi alan işçinin bayrağın İŞİD bayrağı olduğundan xəbərsiz olduğunu bildirərək yanlışlığa görə dərhal üzr istəyib.

Xatırladaq ki, ABŞ-ın Cənubi Karolina ştatının Çarleston qəsəbəsində zəncilərin getdiyi tarixi kilsəyə təşkil edilən hücumda 9 nəfərin öldürülməsindən sonra ölkədə Konfederasiya bayrağının nifrət cinayəti ilə əlaqəli hala gəlib-gəlmədiyi böyük müzakirə mövzusu olmuşdu. "Volmart"la bərabər "Amazon" və "eBay" kimi böyük pərakəndə satış şirkətləri də Konfederasiya bayrağından istifadə edən məhsulların satışlarını dayandırıb.
774 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı