Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2015

“İmkan yaransaydı, onu yenə öldürərdim”

Nemtsovun qətlində ittiham olunan şəxs:
Boris Nemtsovun qətlində ittiham olunan Anzor Qubaşev istintaqa ifadəsində bildirib ki, siyasətçini Rusiya və islam əleyhinə ifadələrinə görə öldürüb.

“Kommersant”ın verdiyi məlumata görə, o, hətta Obamanı güllələməyə hazır olduğunu deyib.

A. Qubaşev martın 18-də “Lefortovo” istintaq təcridxanasında öz təşəbbüsü ilə ifadə verib. İttiham olunan şəxs “dövlətin şərəfinə xələl gətirən və xalqı təxribata çəkən” Nemtsovu çoxdan izlədiyini bildirib.

A. Qubaşevin sözlərinə görə, Nemtsovun Ukraynadakı münaqişə ilə bağlı mövqeyindən xoşlanmayıb. “O, Rusiyaya böhtan atırdı və istəyirdi ki, Ukraynada olduğu kimi burada da ara qarışsın. Nemtsovu Qərb və şəxsən Obama maliyyələşdirirdi”, - deyə o vurğulayıb.

İttiham olunan şəxs həmçinin bildirib ki, onu Nemtsovun Məhəmməd peyğəmbəri təhqir etməsi, habelə Obama və Ollandla birlikdə məlum karikaturaların çapına dəstək verməsi hiddətləndirib: “Ona görə də biz onu aradan götürdük. Müsəlmanların şərəfinə toxunan hər kəsi belə tale gözləyir”.

Qubaşev Nemtsovu Zaur Dadayev və Beslan Şavanovla birlikdə izlədiyini bildirib. Onun sözlərinə görə, müxalifətçiyə arxadan atəş açan məhz Z. Dadayev olub. A. Qubaşev onu da əlavə edib ki, qətl sifarişli olmayıb.

“Nemtsov öz bəyanatları ilə bizi təxribata çəkdi. Peşman deyiləm. Əgər indi imkan yaransaydı, onu yenə öldürərdim”./apa/
615 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber