Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2013

Əsədin hərbi yolla devrilməsi mümkün deyil

Suriya hakimiyyətinin hərbi yolla devrilməsinin zamanı geridə qalıb – Hizbullah lideri
H.Nəsrullah Suriya münaqişəsinin bu həddə gəlib çatmasında Səudiyyə Ərəbistanını günahlandırıb

“Suriya hakimiyyətinin zorla devrilməsinin zamanı artıq bitib və hamı siyasi bir yol fikirləşməlidir”.

İnterAz-ın əl-Məyadin telekanalına istinadla veridyi xəbərə görə, bunu Livanın “Hizbullah” təşkilatının lideri höccətül-İslam Həsən Nəsrullah ölkənin “OTV” telekanalına verdiyi müsahibədə bildirib. H.Nəsrullah Suriya münaqişəsinin bu həddə gəlib çatmasında Səudiyyə Ərəbistanını günahlandırıb və bəyan edib ki, Ərəbistan Suriyadakı radikal silahlıların əməliyyatlarını planlaşdıran əsas ölkədir. O, Səidiyyə Ərəbistanını cəsarətsizlikdə və qorxaqlıqda ittiham edərək, bu ölkənin Suriyada birbaşa deyil, vasitələrlə döyüşlərə qatıldığını söyləuib.

Hizbullah lideri “Cenevrə 2” sülh danışıqlarından öncə Suriyada mühüm və həlledici döyüşlərin baş tutacağını da diqqətə çatdırıb.

Bildirək ki, hazırda Suriya hökümət ordusu ölkənin Livanla sərhəd zolağını əhatə edən əl-Qələmun yüksəkliklərini tam şəkildə ələ keçirmək üçün geniş miqyaslı əməliyyatlar aparır. Hökümət ordusu əl-Qələmun yüksəkliklərinin əl-Qarrə, Dir-Ətiyyə bölgələrini ələ keçirib və yerdə qalan ən-Nəbək və Yəbrud raynlarının azad etmək üçün əməliyyatlar keçirməkdədir.
1609 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 20:19